525.Az

Robert Yan Qabriyels: "Niderland-Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir"


 

Robert Yan Qabriyels: "Niderland-Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir"<b style="color:red"></b>

Müsahibimiz Niderland Krallığının Azərbaycandakı səfiri

Robert Yan Qabriyelsdir. O, 2013- ilin sentyabrında ölkəmizdə

diplomatik fəaliyyətə başlayıb.

 

- Cənab səfir, bir ilə yaxındır Azərbaycandasınız. Ölkəmiz barədə təəssüratlarınız nədən ibarətdir?


- Azərbaycan diplomatik fəaliyyət göstərdiyim üçüncü ölkədir. Bundan əvvəl İraqda Maltada səfir işləmişəm. Bunlar bir-birindən fərqli ölkələrdir. Azərbaycandakı səfirlik bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki burada qlobal iqtisadi maraqlar var. Holland kompaniyaları da Azərbaycana investisiya qoyublar bu, böyük bazardır. Bundan əvvəl Azərbaycanda cəmi bir dəfə olmuşdum. 2002-ci ildə ölkəmizin NATO-dakı nümayəndə heyətində işləyirdim Bakıya NATO-nun konfransına gəlmişdim. O vaxt Bakı məndə bir sovet şəhəri təəssüratı yaratmışdı. Təyinatım haqqında eşitdikdən sonra ölkəniz haqqında oxumağa, öyrənməyə başladım. Oxuduqlarımdan da bəlli oldu ki, Bakı indi müasir şəhərdir. Bəziləri bu şəhəri Xəzər dənizi sahilində Dubay da adlandırır. Buraya gələndə 2002-ci illə müqayisədə inanılmaz dərəcədə dəyişikliklər gördüm.


- Azərbaycanla Niderland arasında münasibətləri necə dəyərləndirirsiniz?


- Əlaqələrimizin səviyyəsi çox yaxşıdır. Hər iki tərəfdən bir sıra yüksək səviyyəli görüşlər olub. Bu günlərdə
Azərbaycan
Prezidenti İlham Əliyev Haaqada nüvə sammitində iştirak etdi. Bundan əvvəl Niderland Krallığının Baş naziri Prezident İlham Əliyev Davosda iqtisadi forum zamanı görüşdülər. Bir ay əvvəl ölkəmizin xarici işlər naziri Azərbaycana səfər etdi. Ötən ilin noyabrında Rotterdamın meri böyük heyətlə Bakıya gəldi. Bu ay Niderland Senatının üzvü Rene van der Lindenin rəhbərliyi ilə nümayəndə heyətinin səfəri oldu. Cənab Linden 2009-2011-ci illərdə Niderland Senatının prezidenti 2005-2008-ci illərdə isə Avropa Şurasının Parlament Assambleyasının prezidenti olub. O, Azərbaycanın yaxşı dostudur. İqtisadi səviyyədə gözəl əlaqələrimiz mövcuddur. Holland kompaniyaları burada müxtəlif sahələrdə çalışır. Təhsil sahəsində əlaqələr inkişaf edir. Azərbaycandan çoxlu tələbə Hollandiyada təhsil alır. Biz holland professorlarının Azərbaycana gəlmək imkanlarının stimullaşmasını səbirsizliklə gözləyirik.


- Mədəni əlaqələr barədə deyə bilərsiniz, səfirlik olaraq bu istiqamətdə hansı layihələri həyata keçirməyi düşünürsünüz?


- Mədəniyyət sahəsində əlaqələrimiz inkişaf edir, bu sahədə bir sıra fəaliyyətlərimiz olub. Bu yaxınlarda Bakıda Niderland həftəsi keçirildi. Tədbirdə Azərbaycanın tanınmış sənətçiləri iştirak etdilər. Düşünürəm ki, bu sahədə daha çox işlər görmək lazımdır. Məsələn, ötən il "YARAT" Müasir İncəsənət Məkanının təşkil etdiyi festival çərçivəsində məşhur hollandiyalı rəssam Florentin Hofmanın "Rezin ördək" layihəsi Bakıda təqdim olundu. Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıq edirik. Burada çox gözəl ekspozisiyalar var. Mədəni sahədə prioritet verdiyimiz əsas məsələ əlaqələri genişləndirməkdir. Əlbəttə, bu əlaqələrin genişləndirilməsi dövlət siyasəti nazirliklər səviyyəsində olmalıdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr bizi sevindirir biz səfirlik olaraq onlara dəstək verə bilərik. Beləliklə, əlaqələrimizin inkişafı üçün böyük imkanlar var.

Mən əlaqələrdən danışarkən insanlarınızın qonaqpərvərliyini xüsusi vurğulamaq istəyirəm. Qeyd etdiyim kimi, ölkəniz,  o cümlədən Bakı surətlə inkişaf edir. Qısa müddətdə böyük dəyişikliklər baş verir. Gənclər ingilis dilini öyrənir, Avropa ölkələrinə, eləcə Hollandiyaya səfər etməyə böyük maraq göstərirlər. Onların bəziləri Hollandiyada təhsil almaq istəyirlər. Mən Bakıya gəldiyim avqust ayının ilk günlərində təsadüfən ilk gördüyümüz hollandlar ölkəyə turizm məqsədilə gəldiklərini dedilər. Onlar Azərbaycanda hər şeylə maraqlanırdılar. Holland turistlərində Azərbaycana maraq artır onlar bu ölkəyə səyahət etmək istəyirlər. Bundan başqa, bu günlərdə Bakıda olan holland rejissoru "Soçi arxasında dağlar" adlanan sənədli film çəkdi. O, Qış Olimpiya Oyunlarının açılışından əvvəl Soçiyə getdi. Eyni zamanda Qafqazla da maraqlanırdı beləliklə, səfəri Bakıda yekunlaşdı. Bu sənədli film Niderland televiziyasında yayımlandı çoxları məlumat əldə etdilər. Mənim dostlarımın çoxu da bu filmə baxdılar. Bu film Azərbaycanın surətli inkişafı haqqında idi Niderland tamaşaçısı üçün maraqlı idi.


-
Hollandiyalı turistlərin Bakıya potensial marağından bəhs etdiniz. Ölkələrimiz arasında turizm əlaqələrimizin perspektivlərini necə qiymətləndirmək olar?


-
Hollandiya ilə Azərbaycan arasında hələ ki, kütləvi turizm əlaqələri yoxdur. Lakin insanlar ölkənizlə maraqlanır. Məsələn, yuxarıda qeyd etdiyim kimi, Bakı haqqında sənədli filmin Niderland televiziyası ilə yayımlanmasından sonra maraq daha da artıb. Sizin gözəl bölgələriniz, dağlarınız, mənzərələriniz, fərqli iqliminiz var. Turistləri Azərbaycana Bakıya cəlb edən əsas amillər, məncə, mədəniyyət gözəl təbiət ola bilər. Bunlar insanlarımız üçün maraqlıdır bu maraq da getdikcə artır. Lakin təəssüf ki, ölkələrimiz arasında turizm əlaqələrini əngəlləyən amillərdən biri birbaşa uçuşun olmaması indiyə qədər səfirlikdə viza bölməsinin fəaliyyət göstərməməsidir. Düşünürük necə etmək lazımdır ki, azərbaycanlılara vizaların verilməsi yüngülləşdirilsin. Mən hazırda bunun üzərində işləyirəm. Ona görə ki, azərbaycanlılar da Hollandiyaya böyük maraq göstərirlər. Bundan başqa, "Eurovision" müsabiqəsindən sonra da Azərbaycana maraq artdı. Bu həm ölkənizin reklamı, dünyaya tanıdılması xarakteri daşıdı. 2015-ci ildə Avropa İdman Oyunlarının da keçirilməsindən sonra maraq daha da artacaq.


-
Hollandiya azərbaycanlı turist üçün hansı baxımdan maraqlı ola bilər?


-
Hollandiya turistlər bir çox cəhətləri ilə maraqlıdır. Məsələn, ölkəmizin paytaxtı Amserdam turistlər üçün heyrətamiz unikal məkandır. Onun ətrafında çoxlu böyük kanallar, qədim tikililər var. Şəhər özü çox ənənəvidir. Burada xüsusilə yazda gözəl güllər olur. Su yollarımız da var ki, bu da insanlar üçün maraqlıdır. 1950-ci ildə Amsterdamda böyük daşqın zamanı çoxlu insanlar həlak oldu. Ona görə , dəniz sahillərində ölkə ətrafında çoxlu böyük bəndlər salındı. Bu ölkənin gözəl təbiəti var, ərazisi yaşıllıqdır burada qədim şəhərlər var. Bunlar yüksək səviyyəli texnologiya imkanlarının tətbiq olunduğu sistemdir şəhərə səfər edənlər üçün maraqlıdır. Bundan başqa, yaşıllıqlarla əhatə olunmuş gözəl qədim şəhərlərimiz var. Hollandiyada həm zəngin festivallar, idman mədəniyyət tədbirləri keçirilir. Bizdə həmçinin çimərlik turizmi inkişaf edib. Qonşu ölkələrdən - İngiltərə, Almaniya, Fransadan ölkəmizə hər zaman turist axını var. Azərbaycan turistlərini ölkəmizdə görməkdən məmnun olardıq.


-
Azərbaycanın regionlarına səfər etmək imkanınız olubmu?


-
Şimal bölgəsində olmuşam. Şəki, Lahıc, Qobustan, Qəbələyə səfər etmişəm. Lakin daha çox bölgəyə getmək istəyirəm. Azərbaycanda gözəl mənzərələr var, yollar isə rahatdır. Səyahət etmək gözəldir. Mən həmçinin Naxçıvana da səfər etmişəm. Doğrudur, bu rəsmi səfər idi. Lakin mən bu bölgənin unikal olduğunu gördüm. Təbiəti fərqli iqlimi xoşuma gəldi çox zövqverici səfər idi. Şimal bölgəsində, gözəl, nadir meyvələr var. Yaşıllığa bürünmüş hündür dağlarınız xoşuma gəldi. Beləliklə, ölkənizin turizm sahəsini inkişaf etdirmək üçün gözəl imkanları mövcuddur. Gözəl hotelləriniz var, lakin onlar yüksək səviyyədədir. Turizmin inkişafı baxımından orta səviyyəli hotellərin tikilməsi yaxşı olardı.
 

PƏRVANƏ

 





05.06.2014    çap et  çap et