525.Az

Kürdə suyun səviyyəsi 36 sm enib


 

Kürdə suyun səviyyəsi 36 sm enib<b style="color:red"></b>

Bu gün saat 08:00-a olan müşahidəyə əsasən Kür çayında suyun səviyyəsi 353 sm təşkil edib.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən xəbərə görə, bu barədə Kür Qıraqkəsəmən məntəqəsindən verilən son məlumatda bildirilib.

Qeyd edilib ki, bu göstərici dünən səhər saat 08:00-da aparılan müşahidə ilə müqayisədə 36 sm azdır.

 





01.07.2022    çap et  çap et