525.Az

ANAİB beynəlxalq əlaqələrini genişləndirir


 

ANAİB beynəlxalq əlaqələrini genişləndirir<b style="color:red"></b>

“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) ilə Türkiyənin “Media və Nəşriyyatlar Birliyi” Dərnəyi arasında görüş keçirilib. 

525.az xəbər verir ki, görüşdə iki qurum arasındakı əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib, yeni layihələr haqqında müzakirələr aparılıb. 
Görüşdə ANAİB sədri Şəmil Sadiq, sədr müavini Nurman Tariq və birliyin Uşaq şöbəsinin rəhbəri Fatimə Alxaz, “Basın Yayın Birliği” dərnəyinin sədri Mustafa Qaragüllüoğlu, əməkdaşlar Əmrah Qısakürək, Burxan Gənc və Bəstə Bal iştirak ediblər. 

Görüş zamanı Şəmil Sadiqin müəllifi olduğu “Qardaş nəşriyyatlar” layihəsi müzakirə olunub. Layihə hər iki qurumun üzvləri tərəfindən rəğbətlə qarşılanıb. İki ölkənin Mədəniyyət nazirliklərinə təqdim etmək üçün birlikdə işlənilməsi nəzərdə tutulan layihə çərçivəsində hər ölkə üzrə on nəşriyyat olmaqla ümumilikdə iyirmi nəşriyyat “Qardaş nəşriyyat” prinsipi ilə əməkdaşlıq quracaq, birgə fəaliyyət göstərəcək. 

İki ölkənin kitabçılıq sahəsini bir-birinə bağlayan və bu sahədə ilk olan layihə çərçivəsində qardaşlaşmış nəşriyyatlar seminarlar, ortaq kitab nəşrləri, yeni layihələr həyata keçirəcək.

 





01.07.2022    çap et  çap et