https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

Bura qayıtma, Mahir! - Aydın Bağırov yazır

Bura qayıtma, Mahir! -  Aydın Bağırov yazır

Aydın BAĞIROV
[email protected]

Bu gün gürcü Xviça Kvaratsxeliya İtaliyada "Napoli", erməni Henrik Mxitaryan isə "İnter"lə müqavilə imzalayıb.

Namik Ələskərovla Vüsal İsgərdərli isə Türkiyənin superliqasında da yox, birinci liqasında bir və ya yarı sezon oynayandan sonra təzədən Azərbaycana qayıdıblar. Biri “Sabah”a keçib, o biri “Sumqayıt”a. Yəni özlərindən əvvəlki 10-a yaxın azərbaycanlı futbolçu kimi onlar da ya güclənə bilməyib, ya da karyerasını yox, pulu üstün tutaraq legioner həyatına son qoyublar. 

Bura gələndə də eniş başlayır. 

İlqar Qurbanovu yadınıza salın. “Fənərbaxça” kimi Türkiyə nəhənginin əsas komandasına cəlb edildiyi vaxtda (2000-ci illərin ortaları) Mübariz Mənsimovun təklif etdiyi pula aldanıb Azərbaycana qayıtdı, “Xəzər Lənkəran”la müqavilə bağladı. Özü öz əli ilə bəlkə də gələcəyin böyük futbolçu karyerasına ağır zərbə vurdu.

Bunları ona görə qeyd edirəm ki, bizə qonşu olan Gürcüstanın və Ermənistanın futbolçuları daha irədəlidirlər. Qəbul etmək istəməsək də, fakt budur. Bu mənada Azərbaycanda uşaq futbol mütəxəssisləri təkcə futbolçu yox, həm də xaraktercə güclü insanlar, şəxsiyyətlər yetişdirmək haqda düşünməlidirlər. Onları yetişdirə bilməyəndən sonra bizimkilər (insafən, burda söhbət Namiklə Vüsaldan getmir) xaricə gedib qayıtmalarına belə bir nağıl uydururlar ki, bəs, ev üçün darıxırıq. Yəni hamını – medianı, azarkeşi özlərinin yarıdayaz ağlı səviyyəsində sanırlar. 

Azərbaycanın kənd-kəsəyində böyüyüb bu gün xarici ölkələrdə özlərinə uğurlu karyera, həyat qurmuş, illərdir orada yaşayan minlərlə, onminlərlə soydaşımız var. Necə olur ki, onlar uğur qazanır, orda möhkəmlənir, bir tək futbola gələndə hamının yadına ev düşür, darıxmaq şakəri baş qaldırır. 

Dünyada minlərlə legioner var, olub. Nəyə görəsə onları arasından geri qayıdanlar “darıxmaq” nağılını uydurmayıblar. Legioner dedim, yadıma azərbaycanlı Vəli Qasımov, Nazim Süleymanov düşdü. Biri İspaniyada mükafat qazandı, Portuqaliyada da çıxış etdi, o biri ikisi Rusiyanın çempionu oldu. İllərlə həmin ölkələrdə yaşadılar, normal karyeraları da oldu. Uğursuzluqları olanda isə ona “darıxıram” donunu geyindirmədilər.

Yəni Vəli Qasımov da azərbaycanlıdır, Nazim Süleymanov da. İndiyədək “darıxıram” deyib geri qayıdan digər futbolçularımız da.

Və hələlik “darıxmayan”, karyerasını puldan daha çox düşünən bir futbolçumuz da var – Mahir Emreli... Son bir ildə bərkə-boşa düşsə də, ümumən xarakter göstərə bilir. Bura qayıtmağı ağlına gətirmir. Gətirməməlidir də.

Çünki öz karyerasına hörmət qoyan, özünə inanan, perspektivi yüksək olan futbolçu Azərbaycan çempionatına qayıtmamalıdır!

 

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.