525.Az

Kamboca və Küveytdən quş əti idxalına qoyulan məhdudiyyət aradan götürülüb


 

Kamboca və Küveytdən quş əti idxalına qoyulan məhdudiyyət aradan götürülüb<b style="color:red"></b>

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Kamboca Krallığının Battambanq, həmçinin Küveyt Dövlətinin Əl Cəhra və Əl Ahmədi əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi (YPQQ) xəstəliyi aradan qaldırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən 525-a verilən xəbərə görə, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, YPQQ xəstəliyi üzrə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidlərinin həmin xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, zonalaşma prinsipi nəzərə alınmaqla, həmin ərazilərdən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 





01.07.2022    çap et  çap et