525.Az

Bir millət, iki dövlət inancı ilə Azərbaycanda keçirilən konfrans öz işinə başladı


 

Bir millət, iki dövlət inancı ilə Azərbaycanda keçirilən konfrans öz işinə başladı<b style="color:red"></b>

1-4 iyul 2022-ci il tarixlərində Dendrologiya İnstitutunun ev sahibliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İSRES təşkilatçılığı ilə birgə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda (ISRES) 4-cü Beynəlxalq elmi praktiki konfrans öz işinə başlayıb. Bununla yanaşı, onlayn iştirak seçimi də var. Onlayn təqdimata üstünlük verən iştirakçılar virtual variant seçirlər. Peer-review prosesindən sonra ingilis dilində olan bütün məqalələr Eurasia Proceedings of Science, Technology, Engineering & Mathematics (EPSTEM) jurnalında (www.epstem.net) dərc olunacaq. 

525.az xəbər verir ki, Konfransın işində Gaziantep Universiteti (Turkiyə) Prof. Dr. Mehmet Özaslan, AMEA-nın vitse-prezidenti, akademik  İradə Hüseynova, Al-Qasemi Academic College of Education (İsrail) Dr.Muhammad Zayyyad, Necmettin Erbakan Universiteti (Turkiyə) Doç. Dr. S.Ahmet Kıray, University of Óbuda (Hungary) Dr. Ágnes Csiszárik Kocsir, John Matthews (United Arab Emirates), Khoshgadam Karaman (Canada), Fatima Rehan Dar (Pakistan) olmaqla 27 ölkənin nümayəndələri  iştirak edirlər.

Beynəlxalq Elmi Konfransın açılışında Azərbaycan və türk dövlət himnləri səsləndirilərək türk dünyasının bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad  edilib.

Konfransın giriş sözü ilə Gaziantep Universiteti (Turkiyə) Prof. Dr. Mehmet Özaslan açlıb.  Prof. Dr. Mehmet Özaslan konfrans iştirakçılarını salamlayaraq Azərbaycanla Türkiyə övlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malik olduğunu, əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olduğunu vurğuladı. “Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərininkədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır”.

Prof. Dr. Mehmet Özaslan çıxışında Konfransın Kosovo Respublikasında keçirilməsi nəzərdə tutulduğu halda, 2021-ci ilin noyabr ayında Antalya  şəhərində bizim  təşkilatçılığımızla keçirilən konfransda, nümayəndə olaraq iştirak edən Prof. T.S.Məmmədov növbəti  konfransın Azərbaycanda keçirəcəyini məqsədə uyğun  olduğunu hesab etmişdi.  Azərbaycanda keçirilməsinin səbəbkarı olan  mərhum biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü T.Məmmədov haqqında təəsuratlarını bölüşdü və təşkilat komitəsi adından Azərbaycan elmi üçün yaşanılan itgiyə görə baş sağlığı verdi.  

Prof. Dr. Mehmet Özaslan bildirdi ki, “Beynəlxalq Konfransda Türkiyə və Azərbaycan istisna olmaqla, 91 beynəlxalq iştirakçı qeydiyyatdan keçərək,  27 ölkənin nümayəndəsi konfransda iştirak edir. Konfransın bölmələrində 117  nümayəndələrin məqalə və tezislər  müzakirə ediləcəyini söylədi. 

Qeyd edək ki, Necmettin Erbakan Universiteti və Qaziantep Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən Beynəlxalq Təhsil və Elmi araşdırmalar Cəmiyyəti tərəfindən daha öncə Lissabon (Portuqaliya), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) beynəlxalq konfranslar həyata keçirilib.

Beynəlxalq Konfransın keçirilməsində məqsəd biologiya, tibb, kənd təsərrüfatı, baytarlıq, əczaçılıq və s. bu kimi sahələri əhatə edən təhsil və sosial elmlərdə mühəndislik, texnologiya və elmi tədqiqat mövzusunda müxtəlif ölkələrdən olan alim, tələbə və tədqiqatçıları bir araya gətirməklə tibb, sağlamlıq və həyat elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri birgə müzakirə etməkdir. 

Sonda  Prof. Dr. Mehmet Özaslan Konfransın Təşkilat Komitəsi adından Azərbaycan Milli Elmlər Akademiyasına, ev sahibliyi edən Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d., dosent Samirə Bağırova başda olmaqla, institutun bütün əməkdaşlarına, müxtəlif ölkələri təmsil edən konfrans iştirakçılarına, İSRES təşkilat heyətinə, Adana Təşkilat Komitəsinə öz dərin təşəkkürünü bildirdi.
 

 





01.07.2022    çap et  çap et