525.Az

Nazir Rəşad Nəbiyev Şamaxıda gənclərlə İKT sektorundakı yenilikləri müzakirə edib


 

Nazir Rəşad Nəbiyev Şamaxıda gənclərlə İKT sektorundakı yenilikləri müzakirə edib<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında yaşayan, İKT sahəsində fəal olan gənclərlə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən 525.az-a bildirilib ki, görüşdə ölkəmizdə İKT sektorunda baş verən yeniliklər və gənclərin bu sahədə rolu müzakirə edilib. Gənc nəslin rəqəmsal bacarıqlarının artırılması yolları haqqında fikir mübadiləsi aparılıb.

 





01.07.2022    çap et  çap et