525.Az

Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub


 

Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub<b style="color:red"></b>

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev MDB iştirakçısı olan ölkələrin  Əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının təşkilatçılığı ilə dövri nəşrlər, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində keçirilən XIX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekununda “İllüstrasiya sənəti” nominasiyasında qalib olub.

525.az xəbər verir ki, müsabiqə 2004-cü ildən MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.

Bu il 7 ölkədən 67 nəşrin daxil olduğu müsabiqə Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilib. MDB iştirakçısı olan ölkələrin XIX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin qərarı ilə Çingiz Fərzəliyevin rəhbərliyi altında nəşr edilmiş “Vərqa və Gülşa” kitab-albomu öz nomiyası üzrə ən yaxşısı seçilib.

Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən hazırlanmış “Vərqa və Gülşa” kitab-albomu 2021-ci ilin oktyabr ayının əvvəlində Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdim olunub. Həmin nəşr Əbdülmömin Məhəmməd əl-Xoyinin gənc Vərqa və gözəl Gülşanın nəhayətsiz eşqindən bəhs edən qədim şərq əfsanəsinə əsaslanaraq çəkdiyi 71 orta əsr miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi fundamental kitabdır.

“Vərqa və Gülşa” illüstrasiyaları Şərq miniatürləri arasında günümüzədək qədər gəlib çatmış ən qədim nümunələrdir. XIII əsr manuskriptinə yeni “poliqrafik qiraət” bəxş edən “Vərqa və Gülşa” kitab-albomu o dövrün təsvir ənənəsinin, onun xüsusiyyətlərinin, spesifika və bədii üstünlüklərinin dolğun və əhatəli mənzərəsini təqdim edir. Rəqəmsal imkanlar sayəsində ilk dəfə olaraq Azərbaycan miniatürünün şah əsərləri orijinal manuskriptə mümkün qədər autentik təqdim olunub və bu təsvirlərin yüksək estetik keyfiyyətləri haqqında tam təsəvvür yaradır.

“Vərqa və Gülşa” kitab-albomunun “İllüstrasiya sənəti” nominasiyasında qazanılan qələbəsi Azərbaycanın Əməkdar incəsənət xadimi, çox saylı, o cümlədən beynəlxalq ali fəxri adlar və mükafatlar sahibi, Azərbaycan Miil İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin respublikamızda və onun hüdudlarından kənarda Azərbaycanın unikal mədəniyyətinin dolğun tədqiqi, qüsursuz təbliği və geniş intişarı istiqamətində apardığı yorulmaz elmi-maarifçilik fəaliyyətini bir daha nümayiş etdirdi.

“Vərqa və Gülşa” kitab-albomu dünyanın aparıcı muzey və kitabxanalarının fondlarına hədiyyə edilib. Bu sıraya ABŞ-ın Konqres Kitabxanası da daxildir.

 





01.07.2022    çap et  çap et