525.Az

Özbəkistan və Azərbaycan bu sahədə də əməkdaşlıq edəcək


 

Özbəkistan və Azərbaycan bu sahədə də əməkdaşlıq edəcək<b style="color:red"></b>

01 iyul 2022-ci ildə Bakı şəhərində “Park İNN” otelində Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi ilə Azərbaycan Milli Elmlər

Akademiyasının Azad Həmkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlanıb.

525.az xəbər verir ki, müqaviləni Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Rovşan Badirov ilə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor  Habil Qurbanov imzalanıb.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasimində Özbəkistan Elmlər Akademiyası Birgə Həmkarlar İttifaqının sədri Şerzod Juraevdə iştirak edib. 
 

 





01.07.2022    çap et  çap et