525.Az

Gənc rəssamın düşüncələri "Ruhumuzun rəngləri"ndə


 

Gənc rəssamın düşüncələri  "Ruhumuzun rəngləri"ndə<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şağan qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Xəzər rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə gənc rəssam Ümid Həsənlinin "Ruhumuzun rəngləri" adlı ustad dərsləri təşkil edilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şağan Mədəniyyət Mərkəzinin, Mərdəkan Mədəniyyət Sarayının və Nizami adına Mədəniyyət Mərkəzinin "Rəsm" dərnəklərinin üzvləri iştirak ediblər.

Rəssam Ümid Həsənli tədbir iştirakçılarına öz fəaliyyəti, əsərlərinin janrı, fərqliliyi və əsas ideyası haqqında məlumat verib. Həmçinin, tədbir iştirakçılarına rəssamlıq sənətindən söhbət açılıb, onların bu sahəyə olan maraqları öyrənilib və malik olduqları biliklərə əsaslanan suallar əsasında şagirdlərlə interaktiv mükalimə qurulub.

 

 





02.07.2022    çap et  çap et