525.Az

Boris Conson Odessanın fəxri vətəndaşı olub


 

Boris Conson Odessanın fəxri vətəndaşı olub<b style="color:red"></b>

Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub.

525.az-ın məlumatına görə, bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib.

“Böyük Britaniyanın Baş naziri Boris Consonun I, II, III dərəcəli Qriqori Marazlı adına fəxri döş nişanı ilə təltif edilməsi haqqında sərəncam imzaladım. Beləliklə, o, Odessanın fəxri vətəndaşı oldu. Cənab Conson Odessanın ilk fəxri vətəndaşı olacaq britaniyalıdır”- deyə, o bildirib.

Onun sözlərinə görə, Odessa meriyası Böyük Britaniyanın Baş nazirini təcavüzkardan qoruduğuna görə mükafatlandırıb.

 





02.07.2022    çap et  çap et