525.Az

Ceyhun Bayramov İrana səfərə gedib - Yenilənib


 

Ceyhun Bayramov İrana səfərə gedib - <b style="color:red">Yenilənib</b>


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb.

525.az-ın xəbərinə görə, bu barədə XİN Mətbuat xidməti Tvitterdə məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək.

525.az xəbər verir ki, məlumatı “Farsnews” agentliyi yayıb.

Bildirilib ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq.

Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində bir sıra hökumət rəsmiləri, o cümlədən İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.

 





04.07.2022    çap et  çap et