525.Az

Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri TUSAŞ şirkətini ziyarət ediblər


 

Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri TUSAŞ şirkətini ziyarət ediblər<b style="color:red"></b>

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuralarının katibləri Türkiyənin TUSAŞ şirkətini ziyarət ediblər.

Bu barədə 525.az TUSAŞ şirkətinə istinadən məlumat verib.

Qonaqlar TUSAŞ şirkəti tərəfindən hazırlanan hərbi aviasiya vasitələri ilə yaxından tanış olublar.

Sonra, TUSAŞ şirkətinin istehsalı olan ATAK helikopterinin və HÜRKUŞ təlim təyyarəsinin uçuş nümayişləri izlənilib.

Qeyd edək ki  Türkiyənin Ankara və İstanbul şəhərlərində iyunun 29-dan iyulun 1-dək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib. İlk dəfə keçirilən iclasda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 





02.07.2022    çap et  çap et