525.Az

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib


 

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib<b style="color:red"></b>

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyulun 5-dək davam edəcək.

525.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 15:50-yə olan məlumata görə, 5508 nəfər (Azərbaycan bölməsi üzrə 5043, rus bölməsi üzrə 465) ərizəsini təsdiq edib. 

Xatırladaq ki, ixtisaslaşma seçiminə magistraturaya fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub.

 





02.07.2022    çap et  çap et