525.Az

Daha 33 nəfər koronavirusa yoluxub


 

Daha 33 nəfər koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 333 nəfər müalicə olunaraq sağalıb, hazırda 200 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 098, bu günə qədər isə ümumilikdə 6 968 836 test icra olunub.
 

 





02.07.2022    çap et  çap et