525.Az

Dövlət maraqlarının müdafiəsində vətəndaş təəssübkeşliyi


 

Dövlət maraqlarının müdafiəsində vətəndaş təəssübkeşliyi<b style="color:red"></b>

Son aylarda Azərbaycanda gənclərin radikal dini cərəyanlara qoşulması, "cihad" adı ilə dünyanın qaynar nöqtələrindəki münaqişələrə cəlb edilməsi, hətta bu cərəyanların dövlət strukturlarına daxil olmağa cəhd göstərməsi KİV-in gündəmini zəbt edib. Demək olar ki, elə gün olmur ki, Suriyadan radikal dini təriqətlərə qoşularaq bu ölkədə silahlı qarşıdurmalara qoşulan azərbaycanlı gənclərin ölüm xəbəri gəlməsin. ya tez-tez ölkədə "nurçuluq" dini təriqəti adı ilə qanunsuz fəaliyyət göstərən qruplar ifşa edilir.

Heç kimə sirr deyil ki, Azərbaycanda şəbəkələşməyə çalışan burada kök atmaq fikrində olan radikal dini təriqətlərin ilk hədəfi yeniyetmə gənclərdir. Buna bir növ balalarımızın beyninə təhsildə yeridilən psixoloji əsarət - sakit işğal da demək olar. Bunu həm yadellilərin işğalı kimi dəyərləndirmək olur. Çünki ölkəmizə ayaq açmış gənclərimizi hədəf götürmüş bu cərəyanların hamısı xaricdən qaynaqlanır müəyyən məqsədlər güdür.

3000 azərbaycanlı gənc Suriyaya niyə gedib?

Ötən 3 ayda Azərbaycandan Suriyaya döyüşməyə 3000-ə qədər şəxsin getdiyi iddia olunur. Onların da əksəriyyəti 22-30 yaşlı gənclərdir. Bununla bağlı hökumət ciddi narahatdır araşdırmalar aparılır.

Bir çox mənbələr bildirir ki, bu şəxslərin Suriyaya aparılmasını Hizmət Hərəkatının ("nurçu"lar) Azərbaycanda fəaliyyət göstərən qeyri-rəsmi şəbəkəsi təşkil edir. Paytaxt gəncləri arasında apardığımız sorğu nəticəsində bəlli olur ki, xüsusilə ayrı-ayrı internet klublarda idman zallarında fəal təbliğat aparan "nurçu"lar gəncləri əvvəlcə Türkiyəyə aparır, daha sonra isə Hatay vilayətindəki düşərgələrdə bir müddət döyüş üçün hazırlayırlar. Bundan sonra gənclər Türkiyədən asanlıqla Suriyaya yola salınırlar. Bəs bu tələyə düşən, öz gəncliyini, həyatını puç edən, Azərbaycanın milli maraqlarını, milli təəssübkeşliyini tapdayan gənclər kimlərdir? Onları özlərini ölümə atmağa, doğma el-obalarından, ailələrindən, gələcəklərindən imtina etməyə sövq edir?

Araşdırmamızda Azərbaycanda daha populyar olan "nurçuluq" "vəhhabilik" təriqətlərinin gənclər arasındakı yayılma metodlarını, onların cəmiyyətə verdiyi "təklifləri" bu cərəyanlara qoşulanların taleyinə toxunacağıq.

 

Xalqın içinə təhsildən soxulurlar

 

Azərbaycanda təhlükəli həddə çatmış dini cərəyanlar ilk olaraq sosial fəaliyyətləri ilə gündəmə gəliblər təşkilatlanıblar. Onların bəzilərinin hətta KİV-ə müdaxilə vasitələri ələ keçiriblər.

Ümumilikdə isə bu cərəyanlar üçün daxildə xaricdə dövlətin millətin içinə təhsildən yerimək hərəkəti ön xətdə durur. Yeniyetmə gənclərin beyninə hopma, təhsil təbliğatı (Azərbaycanda bir neçə belə MMC fəaliyyət göstərir, N.R) vasitəsi ilə müstəqilliyini yeni qazanmış ölkədəki boşluqları bacarıqla dəyərləndirmək bu qüvvələrin əsas üstünlüyünə çevrilmişdi.

Azərbaycandakı "Nur evləri"nin ("nurçu"ların əsas bazaları) "vəhhabilik" yayanların birinci məqsədi sosial baza  - insan qaynağı qazanmaq yeni təsirə düşənlərin beyninə öz təlimlərini yeritməkdir. Burada nikah məsələsi önəmli sayılır. Öz şəbəkələri daxilində ailə həyatı qurmaları üstünlük yaradır.

Dinə millətə xidmət adı altında fəaliyyət göstərən cərəyanlar hər şeydən bixəbər yeniyetmə məktəbliləri manqurtlaşdırmaq, onlardan özlərinə xidmətçilər düzəltmək üçün əlləşirlər. Burada şagirdlər iki cür seçilir. Birinci qrupa savadlı istedadlılar daxildir. Onlar dərhal bəzi liseylərə qəbul edilir bütün həyatları boyu bu cərəyanlara xidmət göstərməyə sövq edilir. Hər ölkədə güclü, səviyyəli kadr yetişdirib, onların vasitəsi ilə həmin ölkənin cəmiyyətinə iqtidarına nüfuz edirlər. Eyni zamanda, cəmiyyətin, öz ölkələrinin tanınmış insanlarının uşaqlarını ələ keçirtmək, onları təriqətlərinə cəlb etmək üçün böyük çaba xərcləyirlər. Məsələn, hazırda Azərbaycanın müxalifətli-iqtidarlı, bir çox tanınmışlarının uşaqları artıq nurçudurlar.

İkinci qrupa isə potensial döyüşçülər daxildir. Onları əsasən psixoloji-mənəvi problemi olan, maddi cəhətdən kasıb ailələrin övladları arasından seçirlər. Bu kateqoriyanı əsasən dünyəvi elmlərə marağı olmayan fanatiklər təşkil edir.

"Heç bir gənc birdən-birə dini fanatik olmur"

Mütəxəssislər hesab edir ki, radikal dini cərəyanların güclənməsi gəncləri kütləvi şəkildə tora salması ölkədəki sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Xalqı ciddi sürətli şəkildə maarifləndirmək lazımdır. Tanınmış şərqşünas alim Vüsal Hətəmov hesab edir ki, heç kim evində yatıb-durub radikal olmur: "Hansısa məscid, zirzəmi, bağ evlərində bunlara kimlərsə moizə oxuyur, dərs keçir. Niyə bunlar məsuliyyətə cəlb olunmur? Hesab edirəm ki, bütün bu suallara əməli cavab verilməyincə, heç bir qurumun bu sahədə işini qaneedici bitmiş hesab etmək olmaz. Bunlara bağlı media orqanları var. Yəni böyükdür".

Politoloq Tofiq Abbasov isə Azərbaycanda bu problemlə bağlı qanunvericiliyin təkmilləşdirilməsini vacib sayır: "Nəzərə alınsa ki, haqqında danışdığınız cərəyanlar Azərbaycana kənardan gətirilir getdikcə həyəcan doğuran çalarlar alır, təxmin etmək olar ki, qanunlara ehtiyac yaranmalıdır. Yeni qanunların ortaya çıxması məhz elə prosesləri tənzimləmək məqsədi ilə əlaqəlidir. Din məzhəb məsələləri sadə göründüyü qədər mürəkkəbdir. Onların zəminində dünyanın bir çox nöqtəsində indi arzuolunmaz idarəolunmaz proseslər baş verir. Təhdid kəsb edən tendensiyalar fəsad törətmədən onlarla bağlı qanunvericiliyə dəyişikliklər ya da əlavələr edilməlidir..."

Bir vaxtlar qeyri-ənənəvi xristianlar, indi radikal islamçılar

90- illərdə Azərbaycanda bir sıra xristian təmayüllü dini təriqətlər aktiv təbliğat işi ilə məşğul idi. Protestantlıq, o cümlədən Azərbaycanda tarixən yayılmış yerli mühitə müəyyən qədər uyğunlaşmış, ekstremizmdən əsasən uzaq olan adventizm, babtizm ölkənin müstəqillik illərində yaranmış "Həyatverici lütf" (Qreyter Qreys), "Həyat sözü", "Mədh kilsəsi", "Yehovanın şahidləri" "Nehamiya" kimi cərəyanlar insanlar tərəfindən maraq ikrahla qarşılanırdı. Lakin zaman keçdikcə həmin dini icma təriqətlər Azərbaycanda mövcud dini dözümlülük ənənəsi mühitində cidid baza formalaşdıra bilmədilər. Əvəzində isə radikal islamçı cərəyanlar ölkəmizə ayaq açdı gənclərimiz arasında sürətlə yayılmağa başladı. Millət vəkili Qənirə Paşayeva bildirir ki, Azərbaycanda radikal dini təriqətlərə qarşı mübarizəni gücləndirməyə gənclər arasında dini maarifləndirməni genişləndirməsinə ciddi ehtiyac var. O, hesab edir ki, ölkəmizdə radikal dini təriqətlərə,  din adı altında pərdələnərək gənclərimizi radikal əməllərə, dinimizə zidd əməllərə sövq edənlərə qarşı ciddi tədbirlər görülməlidir: "Müsəlman müsəlmanı öldürə bilməz, dinimiz bizə bunu tövsiyə etmir. Suriyada ölən onlarla azərbaycanlı bu millətin vətənin övladıdır onların taleyi bizi ciddi narahat etməlidir. Ölənlərin sayı onlarladırsa, görün bu yolla gedə biləcək gənclərimizin sayı qədər ola bilər. Kimdir bu gəncləri bu yola dəvət edən, onların beynini yuyan, kimdir onları o yerlərə aparan həmin adamlara qarşı ciddi tədbirlər görülməlidir. Suriya hadisələri bizə ciddi bir siqnal mesaj oldu əgər din altında pərdələnən radikal qruplara qarşı ciddi mübarizə aparılmazsa, sabah gənclərimizi başqa gərgin nöqtələrdə görəcəyik.  Bununla bərabər biz gənclərimiz arasında dinimizin doğru şəkildə təbliğini gücləndirməliyik".

İnstitut direktoru: "Günah özümüzdədir"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Aytən Mustafayeva isə dövlət mənafeyinə tüpürərək terrorçulara qoşulanların din yolunda hərəkət etmədiklərini düşünür: "Bunların əsas məqsədi pul qazanmaqdır. Bu isə mənəviyyatın lap pis olmasını göstərir. Son vaxtlar Azərbaycan Ermənistan ordusunun təmas xəttində gərginləşmə var. Əgər onlar istəsə, gedib Qarabağda da vuruşa bilərlər. Hesab edirəm ki, azərbaycanlıların gedib Suriyada döyüşməsinin günahı ilk növbədə özümüzdədir. Çünki lazımi təbliğat aparılmır. Azərbaycanda gənclərin, uşaqların tərbiyəsi ideologiyası ilə işləyən yoxdur. Bu isə çox böyük faciədir. Onlara qarşı vaxtında mübarizə aparılmalı idi. Burada dini azadlıqların, insanlar hüquqların sairə guya məhdudlaşdırılacağı barədə fikirlər səsləndirmək isə doğru deyil. Mən İnsan Hüquqları İnstitutunun direktoruyam. Bu məsələ ilə 15 ildir məşğul olan adam kimi məsuliyyətlə söyləyə bilərəm ki, Avropa Konvensiyasının dini azadlıqlarla bağlı maddəsində qeyd olunur ki, ictimai asayişə milli təhlükəsizliyə zərər gətirən səviyyəyə çatırsa, artıq bu, azadlıq deyil bu azadlıq məhdudlaşdırıla bilər. Bunun qarşısını isə ağılla düşünülən tərzdə tədbirlər görməklə almaq olar".

Azərbaycan dövləti narahatdır

Bir müddət əvvəl Prezident Aparatının İctimai Siyasi Şöbəsinin müdiri Əli Həsənov müsahibəsində bu cərəyanların bəzi əcnəbi dairələrin marağına xidmət göstərdiyini bildirib. Şöbə müdiri qeyd edib ki, ölkəmizin hüdudlarından kənarda yaradılan sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açıb respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər: "Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyllərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər. Gənclərin müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin, mövcud ictimai-siyasi sabitliyin pozulması cəhdləri s. bu təşkilatların ümumi xarakteristikasını təşkil edir. Bundan başqa, yeniyetmələrin gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meylləri müşahidə olunmaqdadır".

Görünən odur ki, Azərbaycanda kök salıb, xalqımızın milli-mənəvi dəyərlərini zədələyən, millətin milli birlik düşüncəsinə xələl gətirən bu cərəyanlara qarşı hər bir vətəndaş, hər bir azərbaycanlı ehtiyatla yanaşmalı, yaxınlarını, doğmalarını gözlənilən təhlükədən qorumalıdır. Radikal dini cərəyanlar onların niyyətlərindən qorunmaq həm milli təəssübkeşlik məsələsinə çevrilməlidir.

 

Nizam RZAYEV, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 





05.06.2014    çap et  çap et