525.Az

Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb


 

Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb<b style="color:red"></b>

Türkiyə quruda mobil raket sistemindən atılan ATMACA idarə olunan raketi ilə Qara dənizdə müəyyənləşdirilmiş hədəfi vurub.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

ATMACA idarə olunan raketi ilk dəfə qurudan idarə olunan raket sistemindən dənizdəki hədəfi məhv etmək üçün buraxılıb.

Türkiyənin gəmi əleyhinə ilk raketi olan ATMACA uzaq məsafədə hədəfi dəqiqliklə vurub.

“Roketsan” şirkətinin istehsalı olan ATMACA 200 km məsafədə hədəfi məhv etməyə qadirdir.

 





03.07.2022    çap et  çap et