525.Az

Tehranda İran-Azərbaycan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək


 

Tehranda İran-Azərbaycan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək<b style="color:red"></b>

Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

525.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərə deyib.

O bildirib ki, üçtərəfli görüşün vaxtı bu gün azərbaycanlı həmkarı ilə müzakirələrdə müəyyənləşəcək və açıqlanacaq.

İran XİN başçısı Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib.

 





04.07.2022    çap et  çap et