525.Az

Mən sən olmuşam, oğlum - Pərvanə Salmanqızının şeirləri


 

Mən sən olmuşam, oğlum - <b style="color:red"> Pərvanə Salmanqızının şeirləri</b>

Könlümə yazmışam
Sənin adını.
Allahın verdiyi,
Lütfüsən oğlum.
Həyatıma anlam qatanım,
Şanım, şöhrətim,
Bu günüm, sabahım,
Gələcəyimsən oğlum.
Sənin adınla bağlıdır
Hər uğurum, addımım,
arxam, dayağımsan,
muradımsan, oğlum.
Sən gedəndən
Sən mənim "ÖZ"ümsən - 
Mən sən olmuşam, oğlum.
Sən mənim canımda,
qanımdasan, oğlum.
Sən baxışlarımda,
duruşumdasan.
Hər ayaq izimdə,
hər baxışda - hər yerdə,
Mən sən olmuşam, oğlum!..

Ümid yeri

Mən həyatı yaşayaraq öyrəndim,
Bütün çətinliklərə sinə gərdim,
Kimisinə dost kimisinə sirdaş oldum,
Kimlərinsə ümid yeri oldum.
Haqsızlıqlardan uzaq oldum,
Ehtiyacı olanın yanında oldum,
İnandıqlarımdan çox haqsızlıq gördüm,
Kimlərinsə ümid yeri oldum.
Doğrularımı görməyənlərin
Haqsızlıqlarını bağışladım,
Kimlərinsə ümid yeri oldum.
Peşman olduğumuz səbəblər oldu;
Özün-özünlə qalırsan, düşünürsən,
Zaman tələssə də, yenidən başlayırsan həyatı,
Kimlərinsə ümid yeri olursan!..

Salam olsun

Hər şeyi
Allah xatirinə edənlərə,
Allah xatirinə,
Birlik olanlara,
Salam olsun!
Könlü gözəl insanlara,
İçində kin olmayana,
Sevgi ilə baxanlara
Salam olsun!
Allah üçün sevənlərə,
Qərib diyarda yaşayana,
Uzaqlara salam və dua göndərənə,
Salam olsun!
Yetimi sevindirib,
Kasıba əl tutana,
Ruzisini bölüşənə,
Salam olsun!
Xəstələrə, dərdlilərə,
Kimsəsizə, evsizlərə
Arxa duran bəndələrə
Salam olsun!

Salam olsun əsən küləyə,
Salam olsun çağ
layan suya,
Salam olsun oda, alova,
Salam olsun torpağa, kainata, aya, ulduza,
Salam olsun bəşəriyyətə, bütün varlığa,
Salam olsun!

Sevirəm yurdumu

Sevirəm yurdumun dörd bir yanını,
Payızda tökülən hər yarpağını,
Qışı, boranını, buz bulağını,
Baharda oyanan baxça bağını.

Sevirəm yurdumun hər nemətini,
Nər igidlərini, xatun qızını,
Sevirəm yurdumun hər qarışını,
Qələbə müjdəli səs-sorağını,
Sərkərdə oğlunu, igid oğlunu 
Qalib, mətin əsgərimi sevirəm.
Sevirəm yurdumun al bayrağını,
Önündə and içən hər övladını.

Dünyanı sevmişəm gözündə sənin

Bəzən sonu kədər olur?
Amma ömür qədər olur eşq.
Dünyanı sevmişəm gözündə sənin.
Bəzən hər yerdəyəm - 
Dilindəki nəğməyəm,
Qəlbindəki sevgiyəm,
Hər sözündə, "öz"ündə,
Canında, qanındayam.
Hər nəfəs alışında
Səndəyəm, səninləyəm.
Bəzən üzünə tökülən telində,
O telinə toxunan əlindəyəm.
Gözlərinin nəmində,
Yağışın damlasında,
Doğan günəşdəyəm mən.
Dünyanı sevmişəm
Gözündə sənin.

Dönüb baxım bu dünyaya

Axıb gedən bu ömür də
Geri dönməz, axıb gedər,
Ömür keçər, dünya dönər,
Dönüb baxım bu dünyaya.

Mən doymadım baharından,
Payız, adlı xəzanından,
Qismət ola, ya olmaya,
Dönüb baxım bu dünyaya.

Sevgi dolu öz dünyamda
O gözlərə bir yol baxım...
Birdən dönüb baxmaz bir də,
Dönüm baxım bu dünyaya.

Baxım doğan günəşə,
Baxım çağlayan suya,
Baxım ötən illərə...
Dönüb baxım bu dünyaya.

Qoru, sən oğlum!

Dilimin duasısan
İgid oğlum, ər oğlum.
Qoru vətənini
Qoru, sən oğlum!
Sən könlümün varısan
İgid oğlum, ər oğlum.
Qoru ana, bacını
Qoru, sən oğlum!
Sən hünər yolusan,
İgid oğlum, ər oğlum.
Qoru Azərbaycanı
Qoru, sən oğlum!
Gələcəksən, bu günsən,
İgid oğlum, ər oğlum.
Qoru bu novrağı
Qoru, sən oğlum!

 





05.07.2022    çap et  çap et