525.Az

İcra başçısının müavininin həbs xəbərinə rəsmi münasibət bildirilib


 

İcra başçısının müavininin həbs xəbərinə rəsmi münasibət bildirilib<b style="color:red"></b>

Baş Prokurorluq mayın 29 da tutduğu vəzifədən azad edilən Sabunçu rayon icra hakimiyyəti başçısının birinci müavini Şakir Alıyevin həbs edilməsi ilə bağlı KİV-də yayılmış məlumatları təkzib edib

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a açıqlamasında informasiyanı təkzib edib: “Şakir Alıyevin həbs edilməsi və ona qarşı korrupsiya və rüşvət ittihamının irəli sürülməsi xəbəri tərəfimizdən təkzib olunur”.
 
Qeyd edək ki, Şakir Alıyevin həbs olunması, ona qarşı korrupsiya və rüşvət ittihamlarının irəli sürülməsi ilə bağlı ilk olaraq avropa.info informasiya yayıb.

 





05.06.2014    çap et  çap et