525.Az

Skandinaviyanın ən böyük hava yolu şirkəti iflas edib


 

Skandinaviyanın ən böyük hava yolu şirkəti iflas edib<b style="color:red"></b>

Skandinaviya hava yolu şirkəti "SAS" borclarına görə iflas vəziyyəti elan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "SAS" ABŞ-da iflas elan edib. Şirkətdən verilən açıqlamada, şirkətin davam edən borcun restrukturizasiyasını sürətləndirmək üçün ABŞ İflas Məcəlləsinin 11-ci maddəsinə uyğun olaraq iflasa uğradığı bildirilib. Uğursuz kollektiv sövdələşməsindən sonra pilotların son tətili aviaşirkətin maliyyə vəziyyətini çətinləşdirib. Şirkət bu ilin əvvəlində qənaət proqramı elan etmişdi və 1,9 milyard dollarlıq borcunu restrukturizasiya etməyi və öz kapitalını 1 milyard dollar artırmağı hədəfləyirdi.

Qeyd edək ki, qərargahı İsveçin Stokholm, mərkəz hava limanı Danimarkanın Kopenhagen şəhərində yerləşən hava yolu şirkətinin 12 minə yaxın işçisi, 148 təyyarəsi var. Şüarı isə "Xidmət və rahatlıq"dır.

Məhəmməd Tağıyev

 





05.07.2022    çap et  çap et