525.Az

Ukrayna ordusuna qoşulan brazilyalı model öldürüldü - Foto


 

Ukrayna ordusuna qoşulan brazilyalı model öldürüldü -<b style="color:red"> Foto</b>

Aylardır davam edən və dünya gündəmini zəbt edən Rusiya- Ukrayna savaşı hələ də davam edir. 

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna ordusuna snayper kimi  qoşulan Brazilyalı model Thalita do Valle həyatını itirib. 39 yaşlı model müharibənin başladığı gündən bu günə kimi daha çox hücuma məruz qalan  Ukraynanın Xarkov  şəhərindəki hərbi bunkerdə öldürülüb.

Qeyd edək ki, model və aktrisa kimi də fəaliyyət göstərən Valle döyüşlərə qatılmaq üçün 3 həftə öncə Ukraynaya gəlib. Onun orduda vəzifəsi irəliləyən rus ordusuna qarşı müdafiədə iştirak olub. Bundan əvvəl o, Kiyevdəki bombardımandan sağ qurtulmuşdu.

Əntiqə Kərimzadə

 





06.07.2022    çap et  çap et