525.Az

Müharibəni tənqid edən rusiyalı jurnalist ruhi xəstəxanaya göndərildi


 

Müharibəni tənqid edən rusiyalı jurnalist ruhi xəstəxanaya göndərildi<b style="color:red"></b>

Rusiya-Ukrayna ​ müharibəsini tənqid edən rusiyalı jurnalist müayinə üçün ​ ruhi xəstəxanaya göndərilib.

525.az​ ​ Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın Mariupol şəhərinə hücumu tənqid etdiyi üçün saxlanılan jurnalist Mariya Ponomarenkonun ruhi xəstəxanaya aparıldığı məlum olub. Müşahidəçilər səhhətində heç bir problemi olmayan jurnalistlə bağlı qərarı sovet dövründə dissidentlərə verilən cəzalara bənzədib.

Qeyd edək ki, iki uşaq anası, 44 yaşlı Mariya Ponomarenko iddia edir ki, hakimiyyət müharibəyə qarşı çıxdığı üçün onu susdurmağa çalışıb. Rusiya rəsmiləri isə jurnalisti saxta xəbərlər yaymaqda ittiham edirlər.

Əntiqə Kərimzadə

 





06.07.2022    çap et  çap et