525.Az

Oxucular arasında bilik yarışması - Foto


 

Oxucular arasında bilik yarışması -<b style="color:red"> Foto</b>

Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir Adına Kütləvi kitabxanada "Audiokitab"ın təşkilatçılığı ilə kitabxananın oxucuları arasında bilik yarışması keçirilib.

525.az xəbər verir ki, yarışa gənclər və yeniyetmələrdən ibarət 4 komanda qatılıb. Qalib komandaya ölkə daxili tur hədiyyə edilib. Tədbirin keçirilməyində məqsəd gənclərin kitabxanalara cəlb olunmasına və onların kitaba olan maraqlarının artırılmasına və intelektual bacarıqlarının formalaşmasına töhfə verməkdir. Tədbirdən fotoları sizə təqdim edirik.

 





07.07.2022    çap et  çap et