525.Az

MİQ imtahanları ilə bağlı məlumat namizədlərə göndərilib


 

MİQ imtahanları ilə bağlı məlumat namizədlərə göndərilib<b style="color:red"></b>

2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə keçiriləcək test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndərilib.

Təhsil Nazirliyindən 525.az-a verilən xəbərə görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, test imtahanı mərhələsinə iyulun 14-dən start veriləcək.

 





07.07.2022    çap et  çap et