525.Az

Bakıda Nizami Gəncəvinin mozaikası bərpa olunur


 

Bakıda Nizami Gəncəvinin  mozaikası bərpa olunur<b style="color:red"></b>

Bakıda Nizami Gəncəviyə və dahi şairin əsərlərinə həsr olunmuş dağılan vəziyyətdə olan mozaikanın bərpasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bərpa olunan abidə paytaxtın Nəcəfqulu Rəfizadə və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir: "Ərazidə Nizami Gəncəvinin əsərlərinə həsr olunan mozaika var. Həmin mozaikanın bərpası ilə bağlı artıq işlər başlanılıb. Yaxın zamanlarda işlər yekunlaşacaq. Ərazidə abadlıq işləri də görüləcək ".

 





08.07.2022    çap et  çap et