525.Az

Gəncədə şadlıq evindəki yanğın zamanı 100 nəfər təxliyə edilib


 

Gəncədə şadlıq evindəki yanğın zamanı 100 nəfər təxliyə edilib<b style="color:red"></b>

Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli "İmperial" şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.

Bu barədə 525.az FHN-ə istinadən xəbər verir.

Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





07.07.2022    çap et  çap et