525.Az

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi bəlli oldu


 

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi bəlli oldu<b style="color:red"></b> "Xəzər Lənkəran" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. 
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi vəzifəsinə türkiyəli mütəxəssis Oğuz Çətin təyin olunub. 

Ötən ilin dekabrından etibarən Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan O.Çətin komandanı çempionatın son 4 turunun oyunlarına baş məşqçi qismində çıxarmışdı.
 
"Fənərbaxça", "Erciyesspor", "Gənclərbirliyi" və "Diyarbakırspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb. "Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.
 





06.06.2014    çap et  çap et