525.Az

İranda qatarların toqquşması nəticəsində azı 10 nəfər ölüb


 

İranda qatarların toqquşması nəticəsində azı 10 nəfər ölüb<b style="color:red"></b>

 İranın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 10 nəfər ölüb, onlarla insan xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya uğrayan  sərnişin qatarı Məşhəd şəhərindən paytaxt Tehrana hərəkət edib. Qatarda ümumilikdə 340 sərnişin olub. 
 
Yerli KİV-lərin məlumatına görə, ölən və yaralıların sayı xeyli arta bilər.
 
İnsidentin səbəbləri araşdırılır.

 





06.06.2014    çap et  çap et