525.Az

Xurşidbanu Natəvan irsi əlyazmalarda - Video


 

Xurşidbanu Natəvan irsi əlyazmalarda - <b style="color:red">Video</b>

Bu il Şuşanın abadlığı və ədəbi-mədəni inkişafına töhfələr bəxş etmiş, fədakarlıq və mərhəmət mücəssəməsi kimi xalqımızın sevimlisinə çevrilən Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ Xanlığının sonuncu varisinin həyat və yaradıcılığına həsr olunan yubiley tədbirlərinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən ölkəmizdə silsilə tədbirlər keçirilir.

525.az xəbər verir ki, akademik Teymur Kərimlinin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda baş tutan “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun materiallarında” mövzusunda interaktiv elmi-kütləvi tədbirdə də klassik ədəbi ənənələrimizi məharətlə yaşadan Xan qızının XIX əsr Azərbaycan ədəbiyyatının inkişafına bəxş etdiyi töhfələrdən söz açılıb. “Xurşidbanu Natəvanın irsi əlyazmalarda” mövzusunda əlyazma sərgisində isə biri-birindən maraqlı materiallar nümayiş etdirilib.

Tədbir çərçivəsində Xurşidbanu Natəvanla bağlı maraqlı faktlar təqdim olunub. Bu haqda daha geniş məlumatla “525-ci Kanal”ın təqdim etdiyi reportajda tanış ola bilərsiniz:

 





09.07.2022    çap et  çap et