525.Az

Türkmənistan Azərbaycana yeni səfir təyin edib


 

Türkmənistan Azərbaycana yeni səfir təyin edib<b style="color:red"></b>

Qurbanmamet Elyasov Türkmənistanın Azərbaycanda yeni səfiri təyin edilib.

525.az xəbər verir ki, bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov fərman imzalayıb.

Digər fərmanla Məkan İşanquliyev Azərbaycandakı səfir postundan geri çağırılaraq Türkiyəyə səfir təyin olunub.

Qeyd edək ki, Qurbanmamet Elyasov Türkmənistanın Yaponiyadakı səfiri olub.

 





11.07.2022    çap et  çap et