525.Az

Türkiyə XİN başçısı Srebrenitsa faciəsini yad edib


 

Türkiyə XİN başçısı Srebrenitsa faciəsini yad edib<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Srebrenitsa faciəsi ilə bağlı bağsağlığı verib.

525.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“İnsanlıq tarixinin qara ləkəsi olan Srebrenitsa soyqırımının 27-ci ilində həlak olan bosniyalı qardaşlarımızı rəhmətlə anırıq. Unutmadıq! Unutmayacağıq!”, - o bildirib.

Qeyd edək ki, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bu hadisə tarixə Srebrenitsa faciəsi kimi düşüb.

 





11.07.2022    çap et  çap et