525.Az

Gürcüstanda bu gün altı dəfə zəlzələ hadisəsi qeydə alınıb


 

Gürcüstanda bu gün altı dəfə zəlzələ hadisəsi qeydə alınıb<b style="color:red"></b>

İyulun 11-də Gürcüstanda 6 dəfə zəlzələ hadisəsi baş verib.

525.az xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, sonuncu, altıncı zəlzələ hadisəsi saat 10:24 radələrində yenə də Sameba kəndi yaxınlığında qeydə alınıb.

Qeyd edək ki, bu gün ilk zəlzələ səhər saat 07:36-da, 4,8 bal gücündə olub.

 





11.07.2022    çap et  çap et