525.Az

Moskvada soyğunda şübhəli bilinən 6 azərbaycanlı tutulub


 

Moskvada soyğunda şübhəli bilinən 6 azərbaycanlı tutulub<b style="color:red"></b> Moskva polisi quldurluqda şübhəli bilinən dəstəni zərərsizləşdirib.
 
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda Moskva Baş Polis İdarəsinin mətbuat katibi Andrey Qaliakberov açıqlama verib.
 
“Saat 17 radələrində (Bakı vaxtı ilə 18.00 – red.) Andropov prospektindəki mebel mağazasına bıçaq və tapança ilə silahlanmış bir qrup basqın edib. Basqınçılar mağaza işçilərinin əlini bağlayaraq, seyfi aparmağa səy göstərib”-deyə, Qaliakberov bildirib.
Onun sözlərinə görə, basqınçıları izləyən Moskva cinayət axtarış şöbəsinin əməkdaşları və xüsusi təyinatlı polislər zərərsizləşdirib.
 
 
“Bu qrupla bağlı bir aya yaxındır əməliyyat hazırlanır” -deyə,o, söyləyib.
 
Məlumata əsasən, qrup bir sıra qarət, soyğun və basqın olaylarında şübhəli bilinir. Əməliyyat nəticəsində qrupun Azərbaycandan olan 6 üzvünün də tutulduğu bildirilib.
 





06.06.2014    çap et  çap et