525.Az

NASA kainatın ən uzaq görüntüsünü paylaşıb - Foto


 

NASA kainatın ən uzaq görüntüsünü paylaşıb - <b style="color:red">Foto</b>

Amerikanın Aeronavtika və Kosmos Agentliyinin (NASA) Ceyms Vebb kosmik teleskopu kainatın indiyə qədər əldə edilmiş ən uzaq fotosunu paylaşıb.

525.az-n NTV-yə istinadən verdiyi xəbərə görə, teleskop Yer kürəsindən təxminən 1.5 milyon kilometr uzaqda bu görüntüləri əldə edib.

NASA-nın Avropa və Kanada kosmik agentlikləri ilə birgə hazırladığı Vebb bu günə qədər düzəldilmiş ən güclü və böyük teleskop hesab edilən Habbl teleskopunun xələfi hesab edilir.

6 illik hazırlıq dönəmindən sonra yayılan bu rəngli fotolar gələcəkdəki elmi araşdırmaların başlanğıcını təmsil edəcək.

Bildirilir ki, teleskop gözləniləndən daha yaxşı performans nümayiş etdirib.

Teleskopun 13.5 milyard il əvvəlki Böyük Partlayışdan sonra əmələ gələn ilk ulduzların işığını yaxalayaraq kainatın tarixinin bütün mərhələlərinin öyrənilməsi əsas istiqamətlərdən hesab olunur.

Teleskopun əldə etdiyi görüntülər ABŞ prezidenti Co Baydenə də nümayiş etdirilib.

Vebbin digər görüntülərinin bu gün NASA tərəfindən yayılacağı vurğulanır.

 





12.07.2022    çap et  çap et