525.Az

Şri-Lanka Prezidenti istefa sənədini imzalayıb


 

Şri-Lanka Prezidenti istefa sənədini imzalayıb<b style="color:red"></b>

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa istefa sənədini imzalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli “Daily Mirror” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, məktub yüksək rütbəli hökumət rəsmisinə çatdırılıb.

Qeyd edək ki, daha əvvəl Qotabaya Rajapaksanın iyulun 13-də istefa verəcəyi və ayın 20-də ölkədə yeni seçkilərin keçiriləcəyi bildirilmişdi.

Xatırladaq ki, Prezidentin istefasına səbəb daxili etirazlar olub.

 





12.07.2022    çap et  çap et