525.Az

NATO qərargahlarında xidmət edən hərbçilərinin sayı artırılır


 

NATO qərargahlarında xidmət edən hərbçilərinin sayı artırılır<b style="color:red"></b>

Azərbaycan NATO qərargahlarında xidmət edən hərbçilərinin sayını artırmağa hazırlaşır.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Yay aylarında NATO-ya daha 3 zabit göndəriləcək. Bununla da, Azərbaycanın NATO qərargahlarında xidmət edən zabitlərinin sayı 7-dən 10-a yüksələcək.
 
Zabitlərin konkret olaraq NATO-nun hansı qərargahlarında xidmət edəcəyi barədə məlumat verilməyib.
 
Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir.

 





06.06.2014    çap et  çap et