525.Az

Rusiyada Andranikə heykəl qoyulacaq


 

Rusiyada Andranikə heykəl qoyulacaq<b style="color:red"></b> Soçinin ermənilərin sıx məskunlaşdığı Nor-Luys kəndində azərbaycanlı və türk əhalisinə divan tutan Andranik Ozanyanın heykəli ucaldılacaq.

Lent.az-ın məlumatına görə, bu barədə modern.az erməni mətbuatına istinadən xəbər yayıb. Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyanç bildirib ki, Soçi meri Anatoli Paxomov heykəlin ucaldılacağına söz verib. “Hazırda heyləkin ucaldılamsı üçün bütün sənədlər hazırdır. Şəhər hakimiyyəti və
kazak icması da razılığını bildirib”- deyə Ananyanç bildirib. 

Xatırladaq ki. bundan 3 il öncə - 2011-ci il mayın 28-də Soçinin Adler rayonunda Andranik Ozanyana ucaldılan heykəl şəhər meriyası tərəfindən 3 gün ərzində demontaj olunmuşdu.
 





06.06.2014    çap et  çap et