525.Az

Azərbaycan Ordusunun əsgəri avtomat silahla intihar edib


 

Azərbaycan Ordusunun əsgəri avtomat silahla intihar edib<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib.

525.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

 





14.07.2022    çap et  çap et