525.Az

Türkiyə vətəndaşı Xocavənddə minaya düşüb


 

Türkiyə vətəndaşı Xocavənddə minaya düşüb<b style="color:red"></b>

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 525.az-a Xocavənd rayon prokurorluğundan məlumat verilib.

Xəbərə görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

 





14.07.2022    çap et  çap et