525.Az

Böyük Duz Gölü quruyur - Ekoloji fəlakət təhlükəsi


 

Böyük Duz Gölü quruyur - Ekoloji fəlakət təhlükəsi<b style="color:red"></b>

Yuta ştatının Böyük Duz Gölü 20 ilə yaxın quraqlıq fonunda bu ay rekord səviyyəyə enib. Tədqiqatçılar və siyasətçilər vəhşi təbiət, həmçinin gölün sahillərində yaşayan insanlar üçün ciddi təhlükələr olduğunu qeyd ediblər.  

525.az xarici mediaya istinadən xəbər verir ki, yaxınlıqdakı Salt Leyk Siti şəhəri artıq toz fırtınalarından əziyyət çəkir və mütəxəssislər vəziyyətin daha da pisləşə biləcəyindən qorxurlar.

İqlimşünas alim Kevin Perri bildirib ki, gölü xilas etmək üçün dərhal ciddi addımlar atılmalıdır. O bildib ki, gölü tamamilə qurumadan xilas etməliyik.
Əks halda bu, sənayeyə və kənd təsərrüfatına da ciddi ziyan vuracaq. 

Qeyd edək ki, göl səth sahəsinin təxminən yarısını itirərək  2 000 kvadrat kilomettlik bir göl yatağını üzə çıxarıb. Ştatın qubernatoru Spenser Koks hərəkətə keçmək üçün suyun mühafizəsi və siyasəti ilə bağlı 11 qanun layihəsi imzaladığını bildirib.

Dinara Zeynalova

 

 





14.07.2022    çap et  çap et