525.Az

Malayziyanın xarici işlər naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişdir


 

Malayziyanın xarici işlər naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişdir<b style="color:red"></b> Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir.

AzərTAc-ın verdiyi məlumata görə, nazir iyunun 6-da Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
 





06.06.2014    çap et  çap et