525.Az

İyunda Azərbaycanın gündəlik xam neft hasilatı 523,5 min barrel olub


 

İyunda Azərbaycanın gündəlik xam neft hasilatı 523,5 min barrel olub<b style="color:red"></b>

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barrel olub.

Energetika Nazirliyindən 525.az-a verilən məlumata görə, bunun 523,5 min barrelini xam neft, 108,9 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilən razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu.

 





15.07.2022    çap et  çap et