525.Az

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub


 

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub<b style="color:red"></b>

İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

 





16.07.2022    çap et  çap et