525.Az

Qaribaşvili: Gürcüstan Azərbaycan-Ermənistan dialoquna ev sahibliyi etməyə sadiqdir


 

Qaribaşvili: Gürcüstan Azərbaycan-Ermənistan dialoquna ev sahibliyi etməyə sadiqdir<b style="color:red"></b>

"Tiflisdə Azərbaycan-Ermənistan dialoqunu alqışlayıram".

525.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili rəsmi tvitter hesabında yazıb.

"Gürcüstan regionumuzda sülh və sabitliyə töhfə verən dialoq formatında öz müsbət rolunu oynamağa, gələcək görüşlərə ev sahibliyi etməyə sadiq qalır. Xalqlarımızın firavanlığı üçün sülh mütləq vacibdir" - deyə, Qaribaşvili paylaşımında qeyd edib.

 





16.07.2022    çap et  çap et