525.Az

Azərbaycanda dövlət quruculuğu: tarixi təcrübə və ənənələr


 

Azərbaycanda dövlət quruculuğu: tarixi təcrübə və ənənələr<b style="color:red"></b>

Dövlət quruculuğu, dövlətçilik tarixi anlayışları, sözsüz ki, təkcə müasir hüquqi-dövlət məfhumu çərçivəsində, çağdaş modellər müstəvisində dərk edilə bilməz. Hər qədər müasir dünyada dövlətçilik anlayışı özünəməxsus şəkildə müəyyən meyarlar prinsiplər əsasında formalaşsa da, bu ölçülərlə qəbul edilsə , tarixin ayrı-ayrı dövrlərində mövcud olan ictimai-siyasi quruluşların da bu baxımdan bir təcrübə ənənə olaraq öyrənilməsi vacibdir. Çünki heçdən nəsə yaranmadığı kimi, dövlətçilik düşüncəsi anlayışları da ümumi standartlardan əlavə, həm tarixi-milli planda mövcud olan ənənələrdən qaynaqlanır.

Ta qədimlərdən Azərbaycan ərazisində ümumən türkdilli məkanda meydana gələn, inkişaf edən nəhayət, tarix səhnəsindən silinən dövlətlərin az qala hər birinin özündən sonraya ötürülən bəlli bir cəhəti, gələcəyə miras qalan ənənələri olub. Bu mənada, ötən əsrdə iki dəfə milli dövlət müstəqilliyinə nail olmuş Azərbaycanda dövlət quruculuğu prosesinin yalnız mövcud dünya, xüsusən Avropa meyarları ilə deyil, dövlətçiliyin müsbət, dəyərli milli-tarixi əsasları ilə sıx bağlılığı danılmazdır. Dövlətin qurulması, idarə olunması bu yöndə müəyyən tərəqqi əldə edilməsi sahəsində zəngin tarixi ənənələrə malik Azərbaycan xalqı məhz bu xüsusiyyətlərə görə sonrakı dövrlərdə, əsasən yaxın tariximizdə azadlığa, müstəqilliyə can atarkən avantürist meyllərdən daha çox, ciddi, mərkəzləşmiş, stabil, çevik dövlətçilik modellərinə üstünlük verib. Tarixdən bəllidir ki, Azərbaycan ərazisindəki ən qədim dövlətlərdən, Türk xaqanlıqlarına, Atabəylərdən Səfəvilərə qədər bütün mərhələlərdə xalqımızın özünəməxsus dövlətçilik düşüncəsi üstünlük təşkil edib, optimal idarəçilik, ədalətli sistem arayışları davam edib. Bu keşməkeşli tarixi yol boyu ortaya çıxan zəngin ənənələr müasir, modern dövlət anlayışına keçiddə dünyadakı mövcud qabaqcıl təcrübəylə birlikdə Azərbaycan xalqının əsas istinad mənbəyi rolunu oynayıb. Yüz ildən artıq Çar Rusiyasının əsarətində, daha sonra Sovet rejimində hökm sürən ağır, amansız şərtlər Azərbaycan xalqının müstəqil olmaq, suveren dövlət qurmaq, sərbəst yaşamaq milli iradəsini həyata keçirmək əzmini qıra bilməyib. 

Çoxsaylı faktlar, sənədlər göstərir ki, 1918-ci ildə Çar Rusiyasının buxovlarından azad olaraq dövlət müstəqilliyini elan edən Azərbaycan xalqının irəli düşüncəli, ziyalı vətənpərvər övladları həmin dövrün dünya təcrübəsi ilə yanaşı, dövlət quruculuğunda mövcud tarixi-milli ənənələrə söykəniblər. Qanunların, mühüm qərarların qəbulunda Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri təkcə beynəlxalq miqyasda önəm verilən hüquqi-demokratik prinsipləri deyil, eyni zamanda, xalqımızın tarix boyu yaradıb sahib olduğu dövlətçilik meyarlarını, milli mental xüsusiyyətləri, mənəvi-əxlaqi dəyərləri mütləq nəzərə alıblar. Narahat, təlatümlü bir dövrə düşsə , daşnak-bolşevik təcavüzünə işğalına məruz qalsa da, Azərbaycan Xalq Cümhuriyyəti həm öz zamanında, həm sonrakı dövr üçün olduqca lazımlı, səmərəli nümunələrə çevrilən üstün dövlətçilik təcrübəsinə imza atdı. İstər mülki sahədə, istərsə hərbi yöndə, həm siyasi müstəvidə, həm ictimai sferada proseslərin tənzimlənməsinə, sabitlik, rifah yaradılmasına, idarəçiliyin təkmilləşdirilməsinə hesablanan onlarla qanun qərar qəbul edildi. Bütün bu qanunvericilik sənədləri əsasında təkcə Cümhuriyyət dövründəki dövlət hökümət, məhkəmə ordu qurumları fəaliyyət göstərmədi, sovet işğalından sonra - sosialist Azərbaycanında da uzun zaman həmin dövlətçilik, idarəçilik bazası əsas götürüldü. Daha sonralar işğalın mahiyyətinə uyğun bəzi anormal, antimilli dəyişikliklər ortaya atılsa da, milli-demokratik düşüncəyə söykənən dövlətçilik anlayışı ciddi şəkildə təhrif edilsə , əldə olunmuş misilsiz təcrübəni tamamilə xalqın həyatından, yaddaşından, təfəkküründən silmək mümkün olmadı.

70 illik sovet-sosialist rejimi boyunca zaman-zaman özünü göstərən qalxınmalar, milli dirçəliş duyğularının fərqli forma miqyasda boy verdiyi məqamlar 1988-ci ildə baş qaldıran xalq hərəkatına gedən yolda vacib mərhələ idi. Xüsusən 1970-ci illərdə respublikada rəhbərlik-idarəçilik, quruculuq müstəvisində baş verən önəmli hadisələr, atılan müsbət addımlar, verilən doğru qərarlar, həmçinin onların ictimaiyyətdə doğurduğu inkarolunmaz təsirlər SSRİ-nin dağılması Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsinə qədərki mərhələni şərtləndirən başlıca amillər oldu. Azərbaycan suverenlik qazandı, dövlət müstəqilliyi rəsmən əldə edildi, ancaq həyatın bütün sahələrində - dövlət quruculuğu, qanunvericilik, idarəçilik yönündə çox ciddi, həllivacib problemlər hökm sürürdü. Xüsusən totalitar sovet dövlətçilik-idarəçilik sistemi yeni dövr üçün qətiyyən yaramırdı. 1990- illərin əvvəllərində ölkədə baş verən kataklizmlər, çaxnaşmalar, bəlli bir müddətdəki anarxiya mühiti əslində dolayısı ilə həmin anormal, naqis idarəçilik mühitinin təzahürləri idi.

21 il əvvəl - 1993- ilin iyununda xalqın təkidli tələbi ilə, layiq olduğu kürsüyə - ölkə rəhbəri mövqeyinə yenidən qayıdan ümummilli lider Heydər Əliyevin başlatdığı uğurla həyata keçirdiyi dövlətçilik kursu isə bu sahədə həm tarixi ənənələrin, həm modern dünya təcrübəsinin Azərbaycanda yüksək səviyyədə gerçəkləşməsinə yol açdı. Dahilərə məxsus şəxsi-xarakter keyfiyyətləri, böyük idarəçilik təcrübəsi, parlaq dövlətçilik təfəkkürü H.Əliyevin tez bir zamanda ölkədə ictimai-siyasi sabitlik yaratmasına, hərtərəfli inkişafa nail olunmasına imkan verdi. 1995-ci ilin noyabrında qəbul edilən yeni Əsas Qanun - Konstitusiya isə Azərbaycanın çağdaş hüquqi dövlət quruculuğu yönündə irəliləməsinin təməl zəmini oldu. Beləliklə Azərbaycanda milli ənənələrə, tarixi təcrübəyə əsaslanan, eyni zamanda dünyanın qabaqcıl modellərilə səsləşən hüquqi dövlət quruculuğu, dövlətçiliyin inkişafı qorunması, davamlı tərəqqiyə nail olunması prosesi dönməz, ardıcıl səciyyə daşımağa başladı. Bu proses onun misilsiz nəticələri son 20 ilə yaxın müddətdə dəfələrlə təhlilə cəlb edilib, bu barədə çox sayda məqalələr, monoqrafiyalar yazılıb, araşdırmalar aparılıb, mövzu ən müxtəlif prizmalardan işıqlandırılıb. Həmin materialların tam əksər hissəsində 1993- ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyilə start verilən 10 il ərzində müvəffəqiyyətlə həyata keçirilən, 2003- ildən isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik kursunun Azərbaycan üçün ən mütərəqqi, optimal kurs olduğu dəfələrlə vurğulanıb. İlk növbədə isə məhz azərbaycançılıq ideologiyasına, milli-tarixi ənənələrə əsaslanması bu modelin uğuruna təminat verib. Sözügedən mövzuyla bağlı son məqalələrdən birində ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti onun ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin cəmiyyətdə daha da möhkəmləndiyi haqlı olaraq qeyd edilir bir vacib məqam da yerində vurğulanır ki, hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü dövlətin inkişafında iştirak etməlidir. Bu iştirak müxtəlif formalarda özünü göstərə bilər: seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində ictimai dəyərlərin qorunmasında. Cəmiyyətdə tarix boyu yaranan insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına güclənməsinə böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır. Dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Azərbaycanın müstəqilliyinin ilk illərinin təcrübəsi buna sübutdur. Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi. Məhz buna görə ümummilli lider Heydər Əliyev 1993- ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.

Danılmaz həqiqətdir ki, məhz tarixi təcrübəyə, ənənələrə əsaslandığı, eyni zamanda, mütərəqqi, modern dünya təcrübəsinə istinad etdiyi üçün Azərbaycan öz dövlətçilik xətti, hüquqi dövlət quruculuğu modeli ilə örnək ölkələrdən birinə çevrilib.

Q.SƏFƏROV

 





06.06.2014    çap et  çap et