525.Az

Ukraynanın şərqindəki bombardman nəticəsində altı nəfər ölüb


 

Ukraynanın şərqindəki bombardman nəticəsində altı nəfər ölüb<b style="color:red"></b>

Ukraynanın fövqəladə hallar nazirliyi Rusiyanın ölkənin şərqindəki Donetsk vilayətinin Toretsk şəhərini atəşə tutması nəticəsində 6 nəfərin öldüyünü bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, xilasedicilər tərəfindən dağıntılar altından 5 meyit aşkar edilib. Daha bir nəfərin isə xəstəxanada öldüyü bildirilir.

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Rusiya tərəfi ölkənin şərqindəki yaşayış məntəqələrini bombalamaq, buğda sahələrini və taxıl anbarlarını yandırmağı hədəfləyib. Nazirlik bildirib ki, bazar günü Donetskin Kostitynivka kəndinə raket hücumu nəticəsində Ukrayna tərəfində döyüşən 250-dək muzdlu döyüşçü öldürülüb, 19 hərbi maşın isə məhv edilib.

Qeyd edək ki, Birləşmiş Ştatlar son vaxtlar Ukraynanı uzun mənzilli raketlər, o cümlədən dəqiq idarə olunan Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (Himar) ilə təchiz edir.

Dinara Zeynalova

 





18.07.2022    çap et  çap et