525.Az

Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır


 

Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır<b style="color:red"></b>

Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
 
Onun sözlərinə görə, bu gecə saat 00:00-dan etibarən paytaxtın Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinədək yol bağlanacaq. Buna səbəb yolda yeni asfalt-beton örtüyünün salınmasıdır.
 
P. Mürsəliyev sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət bilib.

 





06.06.2014    çap et  çap et