525.Az

Azərbaycanın futbol komandaları İsveçdə böyük hesablı qələbələr qazanıb


 

Azərbaycanın futbol komandaları İsveçdə böyük hesablı qələbələr qazanıb<b style="color:red"></b>

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlar və qızlardan ibarət futbol komandaları İsveçin Göteborq şəhərində keçirilən beynəlxalq "Qotia" kuboku turnirinə qələbə ilə start veriblər.

Xüsusi Olimpiya Komitəsinin mətbuat xidmətindən 525.az-a bildiriblər ki, ilkin mərhələdə divizionlara bölünmə məqsədilə yoxlama oyunlarında Estoniya və İsveç yığmaları ilə qarşılaşan oğlanlardan ibarət Azərbaycan yığması, müvafiq olaraq 10:0 və 5:0 hesabı ilə qalib olub.

Komanda sayını əsas götürərək birbaşa qrup oyunlarında iştirak edən qızlardan ibarət Azərbaycan yığması isə ilk görüşdə Finlandiya yığmasını 7:1 hesabı ilə məğlub edib.

İlkin mərhələdə göstərdiyi nəticələrə əsasən, oğlanlardan ibarət yığmanın oynayacağı divizion qrupu və rəqibləri bu gün məlum olacaq. Yeganə qrupda çıxış edən qızlardan ibarət yığmanın rəqibləri isə Finlandiya ilə yanaşı, Belçika və Özbəkistandır.

Qeyd edək ki, yarış iyulun 21-dək davam edəcək.

 





19.07.2022    çap et  çap et