525.Az
Akif Nağı Azərbaycana gələ bilmir
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Gürcüstana buraxılmayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə musavat.com-a QAT-ın İdarə Heyətinin üzvü İlqar Əli məlumat verib.
Türkiyədə Qarabağ Təbliğat Turu Çərçivəsində tədbirlərini başa vuraraq Azərbaycana dönən A.Nağının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə-Gürcüstan gömrük buraxılış məntəqəsində problemlə üzləşib.
Gürcü gömrükçülər nümayəndə heyətinin digər üzvlərini ölkə ərazisinə buraxsalar da, A.Nağı Gürcüstana buraxılmayıb və geri qaytarılıb. QAT sədrindən hələlik heç bir xəbər yoxdur.
06.06.2014
çap et